DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə növbəti marifləndirmə tədbiri keçirilib

07.05.2026

Mayın 7-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə Buzovna qəsəbəsində yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində növbəti marifləndirmə tədbiri keçirilib.

Tədbirdə "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri G.Səfərova da iştirak edib.

İQAMBİ-nin əməkdaşı çıxış edərək qanunvericilik və profilaktik mexanizmlər barədə ətraflı məlumat verib, dövlət strukturlarının bu sahədə gördüyü işlərdən danışıb. Bildirilib ki, insan alverinə qarşı real mübarizə yalnız hüquqi mexanizmlərlə deyil, həm də cəmiyyətin hər bir üzvünün məlumatlılığı, mübarizəsi və birgə fəaliyyəti ilə mümkündür.

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri G.Səfərova çıxışında dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da rəqəmsal platformalar üzərindən insan alverinə, fahişəliyə cəlb etməyə, istismara, “yüksək maaşlı iş” təklifləri və digər qanunsuz fəaliyyətlərə rast gəlindiyini bildirib, tələbələri bununla bağlı ayıq-sayıq olmağa çağırıb.

Sonda iştirakçıların mövzu üzrə sualları ətraflı cavablarlandırılıb.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48