Avropa Şurasının İnsan Alverinə qarşı mübarizə üzrə ekspertləri Bakıdakı müəssisələrdə olublar

08.09.2022

Avropa Şurasının İnsan Alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA) ekspertləri sentyabrın 7-də İnsan alveri qurbanlarına Kömək Fondu və İnsan alveri qurbanlarına xidmət edən “Qaynar Xətt”-in fəaliyyəti ilə tanış olublar.

İnsan alveri qurbanlarına Kömək Fonduna gələn qonaqlar Fondun fəaliyyəti və qurbanlara edilmiş yardımlar barədə maraqlanıblar, sonra isə İnsan alveri qurbanlarına xidmət edən “Qaynar Xətt”in gündəlik xidməti fəaliyyəti ilə tanış olublar, yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının nümayəndələri ilə görüşüblər.
Görüş səmimi və işgüzar şəraitdə keçirilib.

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48