Media mənsubları ilə maarifləndirici seminar keçirilib

02.09.2022

Sentyabrın 2-də DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları “APA Media Group”, Azərbaycan Uşaqlar Birliyi və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin təkilatçılığı ilə “APA Media Group”-un Ofisində iki hissədən ibarət təlim keçirilib.

Təlimin birinci hissəsində “APA Media Group” və “Azərbaycan Uşaqları”, “Təmiz Dünya Qadınlara Yardım” və “Təmas” Regional İnkişaf ictimai birlikləri arasında “Tərəfdaşlıq Körpüsü” İnformasiya Dəstəyi Memorandumunun imzalanması mərasimi baş tutub. Baş İdarənin şöbə rəisi A.Babayev birgə əməkdaşlığın səmərli tərəfləri barədə ətraflı məlumat verib.

İkinci hissədə isə Baş İdarənin əməkdaşları E.Əsədov və V.Naməndzadə media mənsubları üçün “İnsan alverinə qarşı mübarizə və Media” mövzusunda təlim keçiblər.
Maraqla qarşılanan təlimin sonunda iştirakçıları maraqlandıran suallar Baş İdarənin əməkdaşları tərəfindən cavablandırılıb.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48