“İnsan alverçisi”nə hökm oxunub

08.02.2023

“İnsan alverçisi” Məsdan Dadaşova şəxsi maraqlarndan irəli gələrək azərbaycanlı qadınları aldatma yolu ilə cinsi istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə insan alveri cinayəti törədib. Tutduğu əməl ifşa olunaraq DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Cinsi istismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1 (İnsan alveri) maddələri ilə cinayət işi başlanılıb, işin halları ətraflı araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Dadaşovanın əməlləri subuta yetirilərək 5 il müddətinə azadlıqdan məhrum edilib.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48