Regionlarda maarifləndirici tədbir keçirilib

25.10.2022

10 - 12 oktyabr 2022-ci il tarixlərdə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.2 və 4.8-ci yarımbəndlərinin icrası məqsədilə Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji, Masallı Dövlət Regional, Astara Pedaqoji kolleclərinin müəllim və tələbələrinə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici görüş keçirilib.

Tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Söhrab Orucov və “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova iştirak ediblər. Kolleclərin 300-ə qədər müəllim və tələbəsinə insan alveri problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “Qaynar xətt” və qurbanların müəyyən edilmə üsulları barədə ətraflı məlumat verilib.
Maarifləndirmə tədbiri iştirakçıların marağına səbəb olub, mövzular ətrafında verilən suallar cavablandırılıb.

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48