Avropa Şurasının İnsan Alverinə qarşı mübarizə üzrə ekspertləri Gəncəyə gediblər

08.09.2022

Avropa Şurasının İnsan Alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA) ekspertləri sentyabrın 7-də “Təmas Regional İnkişaf İctimai Birliyi”nin Gəncə şəhərindəki sığıncağına səfər ediblər.

Ekspertlər sığınacağın iş rejimi, burada sığınacaq tapanların yaşayış şəraiti və onlara göstərilən psixoloji, tibbi və hüquqi yardımlarla maraqlanıblar.

Qonaqlar səfər çərçivəsində Gəncə və Şəki Ağır Cinayətlər məhkəmələrinin hakimləri, Gəncə Şəhər Baş Polis İdarəsi və Şəki Şəhər Polis Şöbəsinin əməkdaşları, Dövlət Əmək Müfəttişliyi və Dövlət Məşğulluq Agentliyinin Gəncə və ərazi idarələrinin nümayəndələri ilə görüşüblər.

Daha sonra qonaqlar Yevlax şəhərindəki qanunsuz miqrantlar üçün mərkəzə səfər edərək qurumun fəaliyyəti ilə tanış olublar.
Səmimi və işgüzar şəraitdə keçən görüşlərdə qonaqları maraqlandıran suallar cavablandırılıb.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48