2021-ci ilin 22 sentyabr tarixində Amerika Birləşmiş Ştatlarının Narkotiklərə qarşı Mübarizə Administrasiyası və Gömrük Sərhəd Müdafiəsi İdarəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində görüş keçirilmişdir

27.09.2021

2021-ci ilin 22 sentyabr tarixində Amerika Birləşmiş Ştatlarının Narkotiklərə qarşı Mübarizə Administrasiyası və Gömrük Sərhəd Müdafiəsi İdarəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində görüş keçirilmişdir.

Görüşdə qarşı tərəfin nümayəndə heyətindən Coşua Evans, Adnan Mert, Bret Adams, sorab Bhat və Duyqu Kanqal, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən isə Baş İdarənin rəisi, polis general-mayoru Həzi Aslanov, rəis müavini, polis polkovniki Samir Zeynalov, şöbə rəisi, polis polkovniki Araz Babayev və Beynəlxalq Əməkdaşlıq İdarəsinin inspektoru Samir Həsənli iştirak etmişdir.

Görüşün məqsədi qurumlararası tanışlıq, görülən işlər barədə məlumat verilməsi və potensial əməkdaşlıq məsələlərinin müzakirəsi olmuşdur.
Görüşdə qonaq heyətinə Baş İdarə rəisi polis general-mayoru Həzi Aslanov tərəfindən Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə strategiyası - insan alverinə qarşı mübarizə sahəsində normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi; insan alverinin qarşısının alınması üzrə profilaktiki iş; insan alveri cinayətlərinə qarşı cinayət təqibi; insan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi; insan alverindən zərərçəkmiş, zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsi; əməkdaşlığın inkişaf etdirilməsi; səlahiyyətli nümayəndələr üçün təlimlərin keçirilməsi; maarifləndirmə; və s. tədbirlər barədə geniş məlumat verilmişdir.

Daha sonra Coşua Evans gördükləri işlər barədə məlumat verərək cinayətkarlığa qarşı, xüsusən də insan alverinə qarşı mübarizədə, insan alveri cinayətlərinə görə axtarışda olanların tutulmasında əməkdaşlığın mühüm olduğunu qeyd etmişdir.
Qonaq heyət insan alverinə qarşı mübarizəyə dair verilən geniş məlumata görə Baş İdarə rəisi Həzi Aslanova minnətdarlıq bildirməklə Azərbaycan Hökuməti tərəfindən görülən işləri yüksək qiymətləndirmiş, bir çox ölkələr üçün Azərbaycan təcrübəsinin nümunə olduğunu vurğulamışlar.
Görüş ümumilikdə səmimi və işgüzar şəraitdə keçmişdir.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48