Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan insan alveri qurbanları üçün sığınacağa və 152 nömrəli qaynar xəttə olan tanışlıq səfəri

19.05.2021

2021-ci ilin 19 may tarixində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndiliyinin nümayəndə heyəti DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan İnsan alveri qurbanları üçün sığınacağa və 152 nömrəli "Qaynar xətt"ə tanışlıq səfəri etmişlər.

Tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, rəis müavini, polis polkovniki Samir Zeynalov, şöbə rəisi, polis polkovniki Araz Babayev və Beynəlxalq Əməkdalıq İdarəsinin əməkdaşı polis leytenantı Samir Həsənli, BMqT Azərbaycan Nümayəndiliyinin rəhbəri cənab Vladimir Qyorqiyev, BMqT-nin "İnsan alverinə qarşı mübarizə layihəsi"nin koordinatoru xanım Apreda Ersiliya, layihə köməkçisi Nərgiz Kərimova, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ofis direktoru xanım Dhulce-Janise, ofisin siyasi məsələlər üzrə məsləhətçisi cənab Mike Henninq, Azərbaycandakı nümayəndə Pərviz Musayev iştirak etmişdir.

Qonaqlar sığınacağın inzibati binası, fəaliyyətə başladığı tarix, fəaliyyət istiqamətləri və sığınacaqda fəaliyyət göstərən heyət, qurbanların saxlanılma şəraiti, qurbanlarla fərdi iş planına uyğun aparılan işlər və sənədlər barədə məlumatlandırılmışdır.
Cənab Vladimir Qyorqiyev və digər qonaq heyət qurbanlarla fərdi qaydada söhbətlər apararaq onların həyat şəraiti barədə əyani tanış olmuş, söhbət zamanı qurbanlar sığıanacaqda onlara layiqli həyat şəraitinin yaradıldığını, xüsusi qayğı göstərildiyini, müvafiq sənədlərlə təmin edildiklərini, təhsillərinin davam etdirilməsi üçün lazımi tədbirlərin görüldüyünü bildirmişlər.

Qarşı tərəf daha sonra Baş İdarəyə bilavasitə tabe olan 152 nömrəli "Qaynar xətt"ə baş çəkilmiş, "Qaynar xətt"in direktoru Günay İbrahimova tərəfindən 152 nömrəli "Qaynar xətt"in iş fəaliyyəti barədə qonaq heyətinə geniş məlumat verilmiş, «Гайнар Хятт»я оптик вя тящлцкясиз интернет хяттин чякилмясинин тямин едилдийи, йени коммуникасийа аваданлыгларын алынмасы вя програм тяминатынын тякмилляшдирилмяси цчцн ишляр апарылдыьы гонагларын нязяриня чатдырылmışdır.
Nümayəndə heyəti bu mühüm sаhədə ümumi işimizə böyük fаydа gətirən səmərəli əməkdаşlıq münаsibətimizə və görüşə görə minnətdarlığını bildirməklə Azərbaycan Hökuməti tərəfindən insan alverinə qarşı mübarizə sahəsində görülən işlərin təqdirəlayiq olduğunu qeyd etmişdir.
Görüş ümumilikdə səmimi və işgüzar şəraitdə keçmişdir.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48