Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.

15.04.2016

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.8.1-ci yarımbəndinə əsasən insan alveri cinayətlərinin baş verməsində Türkiyənin ölkəmiz üçün əsas təyinat ölkəsi olmasını nəzərə alaraq Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Miqrant Qaçaqçılığı və İnsan Alveri ilə Mübarizə Baş İdarəsinin məsul heyəti ilə 15 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində görüş keçirilmişdir.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin təmsil olunduğu görüşdə insan alveri və onun formalarına qarşı mübarizə üzrə beynəlxalq, xüsusən də ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələləri səmimi və işgüzar şəraitdə müzakirə edilmiş, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 





Çap et  Çap et