Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir.

08.03.2016

2016-cı il mart ayının 8-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1981-ci il təvəllüdlü, Astara rayon sakini Əliyeva Şəmsiyyə Xanağa qızının bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasının Çanaqqala şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilmişdir.

Faktla bağlı araşdırma davam etdirilir.





Çap et  Çap et