Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir.

26.02.2016

2016-cı il fevral ayının 26-da İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1974-cü il təvəllüdlü, Bakı şəhər sakini Yusubova Maya Taptıq qızının bir qrup şəxslə əlbir olub Azərbaycan Respublikası vətəndaşları olan qadınları cinsi istismar məqsədilə Malayziya Federasiyasının Kuala-Lumpur şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilmişdir.

Faktla bağlı araşdırma davam etdirilir.





Çap et  Çap et