30.09.2015
2015-ci il sentyabr ayının 30-da İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1980-ci il təvəllüdlü, Füzuli rayon sakini Əsədov Azad Əsəd oğlunun sahibi olduğu Füzuli rayonu, Alxanlı kəndi ərazisində yerləşən heyvandarlıq müəssisəsində Türkmənistan Respublikası vətəndaşlarının uzun müddət məcburi əməyə məruz qalması faktı müəyyən edilmişdir.
Faktla bağlı araşdırma aparılır.