Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tədbir keçirilib

29.01.2024

Yanvarın 23-24-də Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati binasında BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya regionu üzrə hüquqi əməkdaşlıq şəbəkəsi tərəfindən "İnsan alveri qurbanlarının müəyyənləşdirilməsi və qurumlararası əlaqə və əməkdaşlığın genişləndirilməsi üzrə təlim seminarı keçirilib.

Baş Prokurorluğun idarə prokurorları, yerli və apellyasiya məhkəmələrinin hakimlərinin iştiraqk etdiyi təlimdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Ramil Kazımov, Vamiq Naməndzadə, Mahir İsrafilov, Kamil Abdullayev və Emin Əsədov təmsil olunublar.
Tədbirdə Baş Prokurorluğun və ekspert qismində BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin nümayəndələri təqdimatlarla çıxış ediblər.

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Ramil Kazımov yerli ekspert qismində "İnsan alverinə qarşı mübarizə sahəsində milli qanunvericilik bazası; Strategiya və fəaliyyət planları; "İnsan alverinə qarşı mübarizədə qurumlararası koordinasiya" mövzularında powerpoint proqramından istifadə etməklə təqdimat keçirib.

Ümumilikdə interaktiv və işgüzar şəraitdə keçirilən təlimdə, verilən suallar mühazirəçilər tərəfindən cavablandırılıb, BMT təmsilçiləri ilə yerli ekspertlər arasında geniş təcrübə mübadiləsi aparılıb.

 





Çap et  Çap et