Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

İnsan alveri problemlərinə həsr olunan tədbir keçirilib

27.12.2023

Dekabrın 15-də Strasburq şəhərində “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının iştirakçısı olan dövlətlərin Tərəflər Komitəsinin 33-cü hibrid formatda iclası keçirilib. DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi, polis polkovniki Samir Qarayevin də qatıldığı tədbirdə Konvensiyanın Katibliyinin İcraçı Katibi Petya Nesterova, GRETA-nın prezidenti Helga Gayer və konvensiyanı ratifikasiya etmiş ölkələrin nümayəndələri iştirak etmişlər.

İclasın birinci sessiyasında “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasını yeni ratifikasiya etmiş ölkələrlə bağlı hesabat dinlənilib, GRETA-nın prezidenti Helga Gayer komitəyə üzv dövlətlərdə ümumi mənzərə barədə məlumat verib.

Növbəti sessiyalarda ayrı-ayrı ölkələrdə insan alveri sahəsindəki vəziyyət təhlil olunub, bu istiqamətdə müzakirələr aparılıb, cavabdeh şəxslərin hesabatları dinlənilib.

Növbəti sessiyada konvensiyanın icrasının 4-cü mərhələsi ilə bağlı atılacaq addımlar, konvensiyanın implementasiyası ilə bağlı məsələlərin gücləndirilməsi, nəticələrin qiymətləndirilməsi, Avropa Şurasının digər qurumları ilə insan alverinə qarşı mübarizə sahəsində informasiya mübadiləsinin aparılması, növbəti iclasların planı və gələcək fəaliyyət müzakirə edilib.

 





Çap et  Çap et