Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

Media nümayəndələri üçün təlim keçirilib

29.03.2023

Martın 29-da Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən media nümayəndələri üçün “İnsan alveri ilə mübarizədə medianın rolu: Qadın və uşaq hüquqları” mövzusunda təlim keçirilib.

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq tələblərinin icrası məqsədi ilə gerçəkləşən təlimi giriş sözü ilə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova açaraq sənəddən irəli gələn vəzifələrin icrası ilə əlaqədar görülən işlər barədə toplaşanlara məlumat verib. Daha sonra çıxış edən DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəninin əməkdaşı polis polkovniki Vamiq Naməndzadə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə fəaliyyəti və bu istiqamətdə hökumətin koordinasiya işi” və “İnsan alveri ilə mübarizədə medianın rolu” mövzularında təqdimatla çıxış edib.

Təlimdə iştirak edən 26 media nümayəndəsinin insan alverinin profilaktikası, onun mahiyyəti, doğurduğu təhlükələr, həyata keçirilən mübarizə fəaliyyəti, dövlət tərəfindən təmin edilən inzibati, cinayət-hüquqi, müdafiə və digər tədbirlər barədə hərtərəfli məlumatlandırılması təmin olunub.
Tədbirdə iştirak edən dinləyicilərin sualları ətraflı cavablandırılıb.





Çap et  Çap et