Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

“İnsan alverçisi”nə hökm oxundu

07.10.2022

“İnsan alverçisi” Elnarə Zamanova azərbaycanlı qadınları aldadaraq, zəiflik vəziyyətindən sui-istifadə edib, istismar məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etməsi aşkarlanıb. Həmin qadının insan alveri məqsədilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə insan alveri cinayəti törətməsi faktına görə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İstismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) və 144-3 (insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər) maddələrilə cinayət işi başlanılıb, işin halları ətraflı araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Elnarə Zamanovanın əməlləri subuta yetirilərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 





Çap et  Çap et