Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

Regionlarda maarifləndirici tədbir keçirilib

05.10.2022

Oktyabrın 3-dən 5-nə kimi DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşəbbüsü ilə Bərdə, Ağdam və Ağcabədi rayonlarında yerləşən Bərdə Dövlət İdarəetmə və Texnologiya, Ağdam Dövlət Sosial-iqtisadi, Ağdam Musiqi və Ağcabədi pedaqoji kolleclərinin müəllim və tələbələri ilə “İnsan alveri probleminin mahiyyəti; İnsan alverinin formaları; insan alveri qurbanlarının müəyyən edilmə üsulları, qurbanlara dəstək” mövzusunda maarifləndirici görüşlər keçirilib.

Tədbirdə Baş İdarənin əməkdaşı Xəyyam Nəcəfov və “Ümid Yelkənləri” İctimai Birliyinin sədri Fatma Allahyarova iştirak ediblər. Kolleclərin 350-dən artıq müəllim və tələbələrinə insan alveri problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “Qaynar xətt”in fəaliyyəti barədə ətraflı məlumat verilib.
Maarifləndirmə tədbiri iştirakçıların marağına səbəb olub, mövzular ətrafında verilən suallar cavablandırılıb.

 

 





Çap et  Çap et