Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

Şəki Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları cinsi istismara məruz qoyan şəxs barəsində hökm çıxarılıb

21.09.2022

İnsan alveri cinayətində şübhəli bilinən Təranə Qarayeva qadınların etibarından, köməksiz vəziyyətindən sui-istifadə edərək istismar məqsədilə Türkiyə Respublikasına aparması faktı ilə bağlı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Qadınları cinsi İstismara məruz qoyma faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) maddəsilə cinayət işi istintaqı tamamlanaraq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib, məhkəmənin hökmü ilə Təranə Qarayeva 8 il müddətinə azadlıqdan məhrum edilib.

 





Çap et  Çap et