Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

İyulun 28-də “İnsan alverinə qarşı mübarizə günü”nə həsr olunan tədbir keçirilmişdir

28.07.2022

Cari ilin iyul ayının 28-də Daxili İşlər Nazirliyi, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi (BMqT) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə birgə Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət” layihəsi çərçivəsində “İnsan alverinə qarşı mübarizə günü”nə həsr olunan tədbir keçirilmişdir.

Tədbirdə dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının məsul nümayəndələri iştirak etmişlər.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qeorqiyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Aparatının sektor müdiri Turan Cahangirova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova mühazirələrlə çıxış etmişlər.
Daha sonra tədbir panel müzakirələrlə davam etdirilmişdir.

 





Çap et  Çap et