Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

Avstriyanın Vyana şəhərəində ATƏT-in İnsan Alverinə qarşı Mübarizə Üzrə Yüksək Alyansının 22-ci konfransı keçirilib

14.04.2022

Aprelin 4-dən 6-dək Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in İnsan Alverinə Qarşı Mübarizə Üzrə Yüksək Alyansının konfransı keçirilib. Tədbirdə Azərbaycan DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı da iştirak edib.

Konfranda ATƏT-in üzvü olan 57 dövlətlə yanaşı əməkdaşlıq üzrə tərəfdaş dövlətlərinin, ABŞ və Kanadanın da nümayəndələri iştirak edib, insan alveri qurbanlarının identifikasiyası, onların müdafiəsinin daha səmərəli təmini, pozulmuş hüquqlarının bərpası, malik olduqları hüquqlarının tam həyata keçirilməsi yolları müzakirə olunub.

Konfransda ATƏT-in sədri Sebastian Kurc iştirakçıları salamladıqdan sonra Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının icraçı katibi Petya Nesterova moderatorluq edib.

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı tədbirin ikinci günü insan alveri qurbanlarının müəyyən edilməsi və müdafiəsi istiqamətində Azərbaycan hökumətinin gördüyü işlər, xüsusən insan alveri qurbanları olan uşaqların müdafiəsinin həyata keçirilməsi üçün qəbul edilmiş proqram barədə geniş məlumat verib, görülmüş işlər konfransın moderatoru tərəfindən təqdirəlayiq qiymətləndirilib.

Konfrans səmimi və işgüzar şəraitdə keçib.





Çap et  Çap et