Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

Qadınları Türkiyə Respublikasının Antalya şəhərinə apararaq cinsi istismara məruz qoyan şəxsə hökm oxundu

28.03.2022

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, Həsənova Ülviyyə Surxay qızının Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasının Antalya şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı aşkar edilmişdir.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlət Məhkəməsinə göndərilmiş, Həsənova Ülviyyə Surxay qızı Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

 





Çap et  Çap et