Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

 Miqrasiya könüllüləri üçün insan alverinə qarşı mübarizəyə dair təlim keçirilmişdir.

13.06.2019

13-14 iyun 2019-cu il tarixlərində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyi tərəfindən  “Azərbaycanda insan alverinə qarşı  mübarizə üzrə milli potensialların artırılması” layihəsi çərçivəsində insan alveri sahəsində diplomatik nümayəndəliklərin rolunun mühümlüyü və bununla bağlı maarifləndirmənin artırılması məqsədilə Dövlət Miqrasiya Xidmətinin könüllülərinə  təlim təşkil olunmuşdur.

Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Ramil Kazımov insan alverinin anlayışı, elementləri, Milli Fəaliyyət Planı və s. mövzularda təlimdə təqdimatla çıxış etmişdir.

Təlimin yekununda iştirakçı könüllülərə sertifikatlar təqdim olunmuş, xatirə şəkilləri çəkilmişdir.

Geriyə





Çap et  Çap et