Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

2019-cu ilin iyun ayının 12-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın gücləndirilməsi” (ENCT) layihəsinin icra müddətinin başa çatması ilə bağlı konfrans keçirilmişdir.

12.06.2019

Tədbirdə Daxili İşlər və Xarici İşlər nazirliklərinin, Ədliyyə Akademiyasının, Dövlət Miqrasiya Xidmətinin və digər dövlət qurumlarının əməkdaşları, vətəndaş cəmiyyətinin nümayəndələri və beynəlxalq tərəfdaşlar iştirak etmişlər.

Konfransda Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov qeyd etmişdir ki, layihənin prioritet istiqamətləri insan alverinə qarşı mübarizə üzrə 3-cü Milli Fəaliyyət Planının aidiyyəti məqsədlərini tam təmin etmiş oldu.

Bütün bu tədbirlərin beynəlxalq tərəfdaşlıq çərçivəsində Azərbaycan Respublikasında uğurla həyata keçirilməsinin təmin olunması ölkəmizdə bu sahədə mübarizə işinə göstərilən ali diqqətin göstəricisi olduğu diqqətə çatdırıldı.

BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas insan alverinə qarşı mübarizə sahəsində mühüm işlər görən, layihəyə dəstək verən Azərbaycan Hökumətinin səylərini, beynəlxalq təşkilatlarla tərəfdaşlığını və əməkdaşlığını yüksək qiymətləndirmişlər.

Konfransda layihə çərçivəsində Bakıda və regionlarda Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının əməkdaşlarına təlimlər keçirildiyi və xarici ölkələrə səfərlər təşkil olunduğu, habelə aidiyyəti qurumların əməkdaşları yerli və beynəlxalq miqyasda insan alverinə qarşı mübarizədə bilik və bacarıqlar, təcrübə mübadiləsi imkanı əldə etdikləri tədbir iştirakçılarına bildirilmiş, layihənin məqsədinin insan alverinə qarşı mübarizədə Azərbaycan Hökumətinin potensiallarının gücləndirilməsinə töhfə vermək olduğu xüsusilə vurğulanmışdır.

Geriyə





Çap et  Çap et