17.05.2018
2018-ci il 17 may tarixində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, 1979-cu il təvəllüdlü, Bərdə rayon sakini Mehdiyeva Samirə Şirin qızının ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasının Dənizli şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilmişdir.
Faktla bağlı araşdırma davam etdirilir.