Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Mingəçevir şəhər polis şöbəsi əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri keçirmişdir.

11.02.2018

2018-ci il fevral ayının 11-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının Mingəçevir şəhər polis şöbəsi əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, 1978-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Şaməmmədov Namiq Çoban oğlunun ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilmişdir.

Faktla bağlı araşdırma davam etdirilir.





Çap et  Çap et