28.02.2017
2017-ci il fevral ayının 28-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1985-ci il təvəllüdlü, Ağdaş şəhər sakini Məlikova Tacirə İlham qızının ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasının Urfa şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilmişdir.
Faktla bağlı araşdırma davam etdirilir.