Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir.

28.04.2016

2016-cı il aprel ayının 28-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1947-ci il təvəllüdlü, Bakı şəhər sakini Rzayev Tofiq İbrahim oğlunun bir qrup şəxslə cinayət əlaqəsinə girərək Bakı şəhəri, Xəzər rayonunda yerləşən özünəməxsus heyvandarlıq sahəsində Azərbaycan Respublikası vətəndaşlarını məcburi əməyə məruz qoyması faktı müəyyən edilmişdir.

Faktla bağlı araşdırma aparılır.