Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi ilə görüş keçirilmişdir.

06.10.2015

2015-ci ilin 6 oktyabr tarixində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən müəyyən edilmiş beynəlxalq ekspert xanım Frederika Rodriqes ilə görüş keçirilmişdir.

Görüşün əsas məqsədi “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında imzalanmış “Readmissiya Sazişi”nə əsasən Azərbaycan Respublikasına geri qaytarılan vətəndaşların pilot şəkildə monitorinqinin aparılmasından ibarət olmuşdur.

BMqT-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı xanım Nailə Cəfərova və Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşlarının iştirak etdiyi görüşdə beynəlxalq eksperti maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılmış, ümumilikdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verilmişdir.

Görüş səmimi və işgüzar şəraitdə baş tutmuşdur.