Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

Azərbaycan Turizm və Menecment Universitetində “İnsan alveri ilə mübarizədə təhsil müəssisələrinin rolunun gücləndirilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib

06.06.2026

İyunun 5-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “İnsan alveri ilə mübarizədə təhsil müəssisələrinin rolunun gücləndirilməsi” mövzusunda təlim təşkil olunub.

Tədbirdə çıxış edən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İ.Mədətov bu cür təlimlərin keçirilməsinin turizm sahəsində çalışan və gələcəkdə bu sektorda fəaliyyət göstərəcək şəxslərin insan alveri ilə mübarizə istiqamətində məlumatlılığının artırılması, hüquqi biliklərinin gücləndirilməsi və potensial risklərin vaxtında müəyyən edilərək qarşısının alınması baxımından əhəmiyyətindən danışıb.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı çıxışında insan alverinin profilaktikası, onun mahiyyəti, doğurduğu təhlükələr, həyata keçirilən mübarizə fəaliyyəti, dövlət tərəfindən təmin edilən inzibati, cinayət-hüquqi, müdafiə və digər tədbirlər barədə iştirakçılara geniş məlumat verib.

O, insan alveri cinayət növünə qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə yanaşı cəmiyyətin bütün üzvlərinin, o cümlədən turizm sektorunda fəaliyyət göstərən qurumların fəal iştirakının mühüm əhəmiyyət daşıdığını, bu sahədə çalışan şəxslərin insan alverinin əlamətlərini tanıması, riskləri vaxtında müəyyənləşdirməsi və aidiyyəti qurumlara məlumat verməsinin həmin cinayətlərin qarşısının alınmasında mühüm rol oynadığını xüsusi vurğulayıb.

Tədbirdə layihə rəhbəri - “Polisə Dəstək” İctimai Birliyinin sədri və ekspertlərin çıxışları da dinlənilib, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.