Ölçü:
|
152
BİGANƏ QALMA |
Nigeriya Federativ Respublikasının vətəndaşı Onyebuchi Sopia Ada öz həmyerlisi olan qadını aldatma yolu ilə istismar məqsədilə cəlb edib insan alveri cinayəti törətməsi faktı ilə bağlı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) maddəsilə cinayət işi başlanılıb, işin halları ətraflı araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Onyebuchi Sopia Adanın əməlləri subuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.