Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

İnsan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib

31.05.2023

Tələbələrin, müxtəlif sahələr üzrə fəaliyyət göstərən gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişləri aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaq məqsədilə "Miqrasiya məktəbi-5" layihəsi başlanıb.
Sözügedən layihə çərçivəsində mayın 27-də "İnsan alverinə qarşı mübarizə" mövzusunda təlim keçirilib.

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin İnformasiya təminatı və analitik iş şöbəsinin rəisi Ramil Kazımov 20 nəfərdən artıq hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər, regionşünaslıq, şərqşünaslıq, dövlət idarəçiliyi və sosiologiya sahələri üzrə ali təhsil müəssisələrinin yuxarı kurslarında təhsil alan və ya ali təhsilini yenicə başa vurmuş şəxslər üçün "İnsan alverinə qarşı mübarizə" mövzusunda təlim keçib.

Ölkəmizin insan alverinə qarşı mübarizə strategiyası - insan alverinə qarşı mübarizə sahəsində normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, bu sahədə profilaktiki iş, cinayət təqibi, insan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi və s. tədbirlər barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.