Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi və İnsan Alverinə qarşı QHT Koalisiyası ilə birgə maaraifləndirmə tədbirləri keçirib

06.05.2023

Mayın 3-dən 5-dək Gəncə və Şəmkir şəhərlərində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, Elm və Təhsil Nazirliyi və İnsan Alverinə qarşı QHT Koalisiyası ilə birgə “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Keçirilən maarifləndirmə tədbirləri Gəncədəki Sənaye və Texnologiyalar üzrə və Ticarət və Xidmət üzrə Dövlət Peşə Təhsil Mərkəzlərində, Şəmkir Peşə Liseyində təşkil edilib, tədbirlərə ümumilikdə 600-dən artıq tələbə eyni zamanda müəllim kollektivi cəlb edilib.

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili Vamiq Naməndzadə qeyd olunan tədbirdə təlimçi qismində iştirak edib, dinləyicilərə insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “Qaynar xətt” və qurbanların müəyyən edilmə üsulları barədə maarifləndirici məlumatlar verib. Tədbir iştirakçılarına bukletlər paylanılıb.

Maarifləndirmə tədbirində xaricə getmək istəyən və ölkəmizə gələn şəxslərin İnsan alveri qurbanına çevrilməmələri üçün lazımi məlumatlar, belə halla rastlaşdıqda müraciət edəcəkləri qurumlar, üzərlərində saxlamalı olduqları sənədlər, xarici ölkələrə ailə qurmaq, təhsil almaq adı ilə gedən şəxslərin görəcəkləri zəruri tədbirlər ilə bağlı məlumatlar iştirakçıların nəzərinə çatdırılıb.
Keçirilən təlim maraqla qarşılanıb, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.