|
![]() BİGANƏ QALMA |
Oktyabrın 20-də və 21-də Macarıstanda Budapeşt Prosesi və Avropa Miqrasiya Şəbəkəsinin təşkilatçılığı ilə insan alverinə qarşı mübarizə üzrə konfrans keçirilib.
Konfransda Avropanın bir çox ölkələrinin, eyni zamanda ABŞ-ın insan alverinə qarşı mübarizə aparan hüquq mühafizə orqanlarının əməkdaşları, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə ölkəmizi DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı təmsil edib.
Konfransda insan alverinə qarşı mübarizəyə, qanunsuz miqrantlar arasında insan alveri qurbanlarının müəyyən edilməsinə və müdafiəsinə dair müzakirələr aparılıb.