Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi və İnsan Alverinə qarşı QHT Koalisiyası tərəfindən maaraifləndirmə tədbirləri keçirilmişdir

08.07.2022

2022-ci ilin may ayında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, Təhsil Nazirliyi və İnsan Alverinə qarşı QHT Koalisiyası tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kolleci, Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, Azərbaycan Milli Konservaoriyası nəzdində Musiqi Kolleci, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Rabitə və Nəqliyyat Kolleci, Şuşa Humanitar Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kolleci, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Şəki Dövlət Regional Kolleci, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Şamaxı Dövlət Regional Kollecinin müəllim və tələbələrinə “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda geniş maaraifləndirmə tədbirləri keçirilmişdir. Tədbirlərdə iki mindən artıq tələbə və müəllim iştirak etmiş, onlara insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “Qaynar xətt” və qurbanların müəyyən edilmə üsulları barədə ətraflı məlumat verilmişdir.
Keçirilmiş təlim iştirakçıların xüsusi marağına səbəb olmuş, mövzular ətrafında verilmiş çoxsaylı suallar cavablandırılmışdır.