|
![]() BİGANƏ QALMA |
Görüşün əsas məqsədi “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI Faza” layihəsi çərçivəsində təşkilat tərəfindən görülən işlərin qiymətləndirilməsi ilə bağlı müzakirələrin aparılması olmuşdur.
Xüsusən beynəlxalq eksperti maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılmış, ümumilikdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verilmiş, gələcək əməkdaşlıq prespektivləri müzakirə edilərək növbəti Milli Fəaliyyət Planı layihəsi barədə fikir mübadiləsi aparılmışdır.
Ümumilikdə görüş səmimi və işgüzar şəraitdə baş tutmuş, qonaq heyət səmərəli məlumat mübadiləsinə görə minnətdarlığını bildirmişdir.