Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) cəlb etdiyi müstəqil ekspert Kristian Bugnionun rəhbərlik etdiyi heyətlə görüş keçirilmişdir.

10.10.2019

Görüşün əsas məqsədi “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI Faza” layihəsi çərçivəsində təşkilat tərəfindən görülən işlərin qiymətləndirilməsi ilə bağlı müzakirələrin aparılması olmuşdur.


Xüsusən beynəlxalq eksperti maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılmış, ümumilikdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verilmiş, gələcək əməkdaşlıq prespektivləri müzakirə edilərək növbəti Milli Fəaliyyət Planı layihəsi barədə fikir mübadiləsi aparılmışdır.


Ümumilikdə görüş səmimi və işgüzar şəraitdə baş tutmuş, qonaq heyət səmərəli məlumat mübadiləsinə görə minnətdarlığını bildirmişdir.