Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.

21.02.2019

İnsan alveri cinayətlərinin baş verməsində Türkiyənin ölkəmiz üçün əsas təyinat ölkəsi olmasını nəzərə alaraq bu sahədə ikitərəfli əməkdaşlığı gücləndirmək məqsədilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Emniyet Genel Müdirliyinin Asayiş və Miqrant Qaçaqçılığı və İnsan Alveri ilə Mübarizə Dairə Başqanlıqlarının rəhbər vəzifəli şəxsləri ilə 21 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində görüş keçirilmişdir.

Görüşdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərovun rəhbərlik etdiyi Baş İdarənin rəhbər heyəti və DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya qarşı Mübarizə İdarəsinin rəisi iştirak etmişdir.

İnsan alveri və onun formalarına qarşı mübarizə üzrə qarşılıqlı əməkdaşlığın gücləndirilərək əməliyyat-istintaq məlumat mübadiləsinin artırılması, cinayətkar ünsürlərə qarşı birgə tədbirlərin keçirilməsi və bu sahədə təcrübə mübadiləsi məsələləri səmimi və işgüzar şəraitdə müzakirə edilmiş, gələcək perspektivlər dəqiqləşdirilmişdir.