Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir.

06.04.2018

2018-ci il aprel ayının 6-da İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, 1982-ci il təvəllüdlü, Bakı şəhər sakini Mirzəyeva Gülnar Nazim qızının ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilmişdir.

Faktla bağlı araşdırma davam etdirilir.