|
152
BİGANƏ QALMA |
Qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq
Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununun 4-cü maddəsinə əsasən insan alverinə qarşı mübarizə fəaliyyəti bu işə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi prinsipinə əsaslanır və Qanunun 10-cu maddəsinə əsasən dövlət orqanları insan alverinin qarşısının alınması sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirlər.
İnsan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları insan alverinin potensial qurbanlarının maarifləndirilməsi işlərinə, insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsinə, insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsinə və onların sosial reabilitasiyasına cəlb edilirlər.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, eləcə də insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumu olan DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi qeyri-hökumət təşkilatları ilə zəruri əlaqələr qurmuş, 27 iyul 2013-cü il tarixdə Daxili İşlər Nazirliyi ilə İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası arasında 2013-2018-ci illəri əhatə edən ikinci Anlaşma Memorandumu, 09 avqust 2019-cu il tarixdə isə 2019-2023-cü illəri əhatə edən sayca üçüncü Anlaşma Memorandumu Milli Koordinator tərəfindən imzalanmışdır.
“İnsan alverinə qarşı mübarizə haqqında” 10-cu maddəsinə əsasən insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları aşağıdakı istiqamətlərdə fəaliyyətə cəlb edilirlər:
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-2021-ci illərdə “İnsan alveri ilə bağlı qiymətləndirmənin təşkili və bu sahədə mübarizədə ictimai fəallığın artırılmasına dair təşəbbüslər” istiqaməti üzrə müxtəlif qeyri-hökumət təşkilatlarının təqdim etdiyi ümumilikdə 139 layihəyə 1.156.650 AZN vəsait ayırmışdır.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli, 2173 saylı Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın aşağıdakı bəndləri üzrə tədbirlərin icrasında qeyri-hökumət təşkilatlarının iştirakı nəzərdə tutulur:
4.2.2. Azərbaycan Respublikasında insan alveri probleminin xüsusiyyətləri, insan alveri və məcburi əməklə mübarizədə görülən işlər, uşaqların insan alverinə məruz qalması riskləri və digər əlaqədar istiqamətlərdə elmi və sosial tədqiqatlar aparılması, bu sahədə fəaliyyətə dövlət dəstəyinin təmin olunması.
4.2.4. Qanunsuz miqrasiyanın, ölkə ərazisindən insan alveri məqsədilə tranzit kimi istifadə edilməsinin, insan alverinin bütün formalarının qarşısının alınması işinin daha da gücləndirilməsi, bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında koordinasiyanın təkmilləşdirilməsi, insan alveri qurbanlarının və potensial qurbanların müəyyən edilməsi məqsədilə birgə fəaliyyətin və monitorinqlərin davam etdirilməsi.
4.2.5. İnsan alverinin və məcburi əməyin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi.
4.4.4. İnsan alveri qurbanlarına xidmət göstərən dövlət və qeyri-dövlət sığınacaq və yardım mərkəzlərinin, digər sosialyönümlü müəssisələrin imkanlarının öyrənilməsi, onların potensialının artırılması üçün maliyyə vəsaitinin ayrılması
4.4.6. İnsan alveri qurbanlarına xidmət göstərən sığınacaq və yardım mərkəzlərində hüquqi yardım göstərilməsinə və onların sosial reabilitasiyasına insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının cəlb olunması
4.5.3. Yetkinlik yaşına çatmayanlarla, xüsusən sağlamlıq imkanları məhdud uşaqlarla sosial iş institutunun mütərəqqi beynəlxalq təcrübə əsasında formalaşdırılması, bu işin xüsusiyyətləri nəzərə alınmaqla qanunvericiliyin təkmilləşdirilməsi
4.5.4. İnsan alverindən zərər çəkmiş, zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqların təhsil imkanlarının artırılması
4.5.6. Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlərin davam etdirilməsi, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılması
4.6.1. İnsan alverinə qarşı mübarizədə dövlət orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar və özəl sektor arasında strateji tərəfdaşlığın gücləndirilməsi ilə bağlı təkliflərin hazırlanıb Milli Koordinatora təqdim edilməsi
4.6.2. İnsan alverinə qarşı mübarizədə iştirak edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının maliyyə təminatının artırılması
4.6.4. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquqpozmalarının profilaktikası, həmçinin onların sosial reabilitasiyası sahəsində qeyri-hökumət təşkilatları ilə və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi
4.7.5. İnsan alverinin qurbanı olan (zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan) uşaqların və ya potensial qurbanların müəyyən edilməsi və müdafiəsi mövzularında təlimlər keçirilməsi, təlimat kitabçalarının hazırlanması
4.7.7. Hüquq-mühafizə orqanlarının və insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən digər dövlət qurumlarının əməkdaşları, həmçinin ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün xüsusi tədris kurslarının təşkil edilməsi
4.8.1. İnsan alverinə qarşı mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, bu məqsədlə müxtəlif sosial reklamlar, çarxlar, qısametrajlı filmlər çəkilməsi, verilişlərin hazırlanıb nümayiş etdirilməsi, müxtəlif maarifləndirici materiallar hazırlanması, internet informasiya resurslarında yerləşdirilməsi və onlardan istifadənin təşviq edilməsi
4.8.2. İnsan alverinin və məcburi əməyin qarşısının alınması məqsədilə müxtəlif dillərdə hazırlanmış maarifləndirici vəsaitlərin beynəlxalq marşrutlarda hərəkət edən nəqliyyat vasitələrində, dövlət sərhədindən buraxılış məntəqələrində paylanılması tədbirlərinin davam etdirilməsi
4.8.3. Məcburi əmək riskləri barədə maarifləndirmə işinin gücləndirilməsi, belə tədbirlərin əməkçi miqrantlar arasında keçirilməsi
4.8.4. İnsan alveri ilə bağlı keçirilən bütün maarifləndirmə tədbirlərinin və təlimlərin nəticələrinin təşkilatçılar və iştirakçılar tərəfindən qiymətləndirilməsi təcrübəsinin tətbiq edilməsi
4.8.5. Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə sahibkarlarla və işəgötürənlərlə təbliğat və maarifləndirmə işinin aparılması
4.9.3. Milli Fəaliyyət Planına göstərilən dəstəyin əlaqələndirilməsi, müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların və digər tərəfdaşların resurslarından birgə istifadənin həyata keçirilməsi işinin davam etdirilməsi
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ QHT KOALİSİYASINA ÜZV OLAN TƏŞKİLATLARIN SİYAHISI
№ |
Təşkilatın adı |
Əlaqələndirici şəxs
|
Koalisiyada tutduğu vəzifə |
1 |
“İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı” |
Ramiz Alıyev sədr |
Koalisiyasının sədri |
2 |
“Azərbaycan Uşaqları” İctimai Birliyi
|
Kəmalə Ağazadə sədr |
Koalisiyasının sədr müavini
|
3 |
“Mərhəmət Kimsəsizlərə Yardım” İctimai Birliyi
|
İradə Nəsirova sədr |
Koalisiyasının katibi |
4 |
“Polisə dəstək” İctimai Birliyi |
Şəmsəddin Əliyev sədr |
İdarə heyətinin üzvü |
5
|
“Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyi |
Mehriban Zeynalova sədr |
İdarə heyətinin üzvü |
6 |
“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi |
Gülayə Səfərova sədr
|
İdarə heyətinin üzvü |
7 |
“Ümidli Gələcək” Sosial Təşəbbüslər Təşkilatı |
Kəmalə Aşurova icraçı direktor
|
İdarə heyətinin üzvü |
8
|
“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi |
Anar Xəlilov sədr |
İdarə heyətinin üzvü |
9 |
“XXI Əsrin Qadınları” İctimai Birliyi |
Mahirə Əmirhüseynova sədr |
İdarə heyətinin üzvü |
10
|
“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi |
Zenfira Mustafayeva sədr |
İdarə heyətinin üzvü |
11 |
“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi |
Mehriban Abdullayeva sədr |
İdarə heyətinin üzvü |
12 |
“Narkotizmlə Mübarizə” İctimai Birliyi |
Aydın Məmmədov sədr |
Koalisiyanın üzvü |
13 |
“Hüquqi –Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyi |
Fariz Əkbərov sədr |
Koalisiyanın üzvü |
14 |
“Hüquqi və Demokratik İslahatlar Mərkəzi” İctimai Birliyi |
İlham Əliyev sədr
|
Koalisiyanın üzvü |
15 |
"Ümid Yelkənləri" İnsan Alverinə Qarşı Mübarizə İctimai Birliyi |
Fatma Allahyarova sədr |
Koalisiyanın üzvü |
16 |
“Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzi” İctimai Birliyi |
Əli Mirzəyev sədr |
Koalisiyanın üzvü |
17 |
“Sosial İqtisadi İnkişaf Uğrunda” İctimai Birliyi |
Sevda Məmmədova sədr |
Koalisiyanın üzvü |
18 |
“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi |
Vüsalə Hüseynli sədr |
Koalisiyanın üzvü
|
19 |
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi |
Ramil İskəndərli sədr |
Koalisiyanın üzvü
|
20 |
“Könül Evi” Aztəminatlı Ailələrə Yardım İctimai Birliyi |
Ruxsara Axundova sədr |
Koalisiyanın üzvü |
21 |
Yeni Həyat İqtisadi İnkisaf İctimai Birliyi |
Ədil Ədilzadə sədr |
Koalisiyanın üzvü |
22 |
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi |
Fuad Hüseynzadə sədr |
Koalisiyanın üzvü |
23 |
Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyi |
Aydan Xıdırova icraçı direktor |
Koalisiyanın üzvü |
24 |
“Prioritet” Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi |
Zaur İbrahimov sədr |
Koalisiyanın üzvü |
25 |
“Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi” İctimai Birliyi |
Qalib Nəbiyev sədr |
Koalisiyanın üzvü |
26 |
“Gənclər İnkişaf Naminə” İctimai Birliy |
Rəvan Cəfərli direktor |
Koalisiyanın üzvü |
27 |
“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi |
Günel Səfərova sədr |
Koalisiyanın üzvü |
28 |
“Ailə və Uşaqların Problemlərinin Həllinə Dəstək” İctimai Birliyi |
Alı Mustafayev sədr |
Koalisiyanın üzvü |
29 |
“Ümid Yolu” Xeyriyyə Cəmiyyəti İctimai Birliyi |
Nəzrin Əliyeva sədr |
Koalisiyanın üzvü
|
30 |
“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi |
Bəsti Nəsibova sədr |
Koalisiyanın üzvü |
31 |
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi
|
Cəsarət Hüseynzadə sədr
|
Koalisiyanın üzvü |
32 |
“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
|
Samirə Mustafayeva sədr
|
Koalisiyanın üzvü |
33 |
“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi
|
Ramil Əliyev sədr
|
Koalisiyanın üzvü |
34 |
“Yeni Həyat” Humanitar və Sosial Dayaq” İctimai Birliyi
|
Nailə İsmayılova sədr
|
Koalisiyanın üzvü
|
35 |
“Təmas Regional İnkişaf” İctimai Birliyi
|
Südabə Məmmədova sədr |
Koalisiyanın üzvü |
36 |
“Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyi
|
Zülfiyyə Nuriyeva sədr |
Koalisiyanın üzvü
|
37 |
“Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi” İctimai Birliyi |
Eynulla Xeyrullayev sədr |
Koalisiyanın üzvü |
38 |
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi
|
Zaur Quliyev sədr |
Koalisiyanın üzvü |
39 |
“Demokratik Təsissatlar və İnsan Hüquqları” İctimai Birliyi
|
Yaşar Ağazadə sədr |
Koalisiyanın üzvü
|
40 |
“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyi |
Afiq Məlikov sədr |
Koalisiyanın üzvü |
41 |
Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiəsi İctimai Birliyi |
Yeganə Ağarzayeva sədr |
Koalisiyanın üzvü
|
42 |
“Azəri Gənclər Alyansı” İctimai Birliyi |
Leyla Sadıqova sədr |
Koalisiyanın üzvü
|
43
|
Tərəqqi Sosial Tədqiqatlar İctimai Birliyi
|
Cəlal Əmənov sədr |
Koalisiyanın üzvü
|
44 |
“Rəqəmsal İnkişaf” İctimai Birliyi |
Könül Ağayeva sədr |
Koalisiyanın üzvü
|
45 |
“Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyi |
Fəridə Vəliyeva sədr |
Koalisiyanın üzvü |