04.08.2016
2016-cı il avqust ayının 4-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini Nağıyeva Nərgiz İsmayıl qızının ona məxsus mənzildə ev xidmətləri məqsədi ilə Azərbaycan Respublikasına dəvət edilmiş Filippin Respublikası vətəndaşı olan qadını məcburi əməyə cəlb etməsi faktı müəyyən edilmişdir.
Faktla bağlı araşdırma davam etdirilir.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48