Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən insan alveri və qanunsuz miqrasiyanın mahiyyətinə dair kütləvi informasiya vasitələrinin əməkdaşları üçün seminar təşkil edilmişdir.

23.05.2016

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il tarixli, 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.9.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə insan alveri və qanunsuz miqrasiyanın mahiyyətinə dair kütləvi informasiya vasitələrinin əməkdaşları üçün Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərində 23 may 2016-cı il tarixdə seminar təşkil edilmişdir.

Seminarda Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Mətbuat Şurasının sahə mütəxəssisləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

Seminar insan alveri, məcburi əmək, ictimai mənəviyyat əleyhinə olan cinayətlərin, qanunsuz miqrasiya, ailə münaqişəsi hallarının bir-birindən fərqləndirilməsi, o cümlədən onların müxtəlif təzahür formaları, belə məlumatların mətbuatda işıqlandırılması və araşdırılması xüsusiyyətlərinə, bununla bağlı konfidensiallıq məsələlərinə həsr olunmuşdur.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48