DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir.

05.05.2016

2016-cı il may ayının 5-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1949-cu il təvəllüdlü, Gəncə şəhər sakini Tağıyev Sahib Sarı oğlunun Gəncə şəhəri, Nizami rayonunda yerləşən özünə məxsus həyətyanı heyvandarlıq sahəsində əcnəbi şəxs olan qadını məcburi əməyə məruz qoyması faktı müəyyən edilmişdir.

Faktla bağlı araşdırma aparılır.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48