DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilmişdir.

13.01.2016

2016-cı ilin 13 yanvar tarixində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları Baş İdarənin rəhbərliyi tərəfindən qəbul edilmişdir.

Görüşdə qonaqlara ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində aparılan işlər barədə ətraflı məlumat verilmiş, qarşılıqlı müzakirələr əsasında yaranan suallar aidiyyəti üzrə cavablandırılmışdır. Həmçinin, ölkəmizdə insan alverinə qarşı mübarizə üzrə beynəlxalq təşkilatlar tərəfindən verilən tövsiyələrin yerinə yetirildiyi və daim beynəlxalq əməkdaşlığın diqqətdə saxlanıldığı qeyd edilmişdir.

Görüş səmimi və işgüzar şəraitdə baş tutmuşdur.

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48