DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir.

18.02.2016

2016-cı il fevral ayının 18-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1989-cu il təvəllüdlü, Mingəçevir şəhər sakini Rüstəmova Xəyalə Möhlət qızının Azərbaycan Respublikası vətəndaşı, 1966-cı il təvəllüdlü, Mingəçevir şəhər sakini İsmayılova Nəzakət Xuduş qızı ilə əlbir olub Azərbaycan Respublikası vətəndaşları olan qadınları cinsi istismar məqsədilə Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilmişdir.


Faktla bağlı araşdırma davam etdirilir.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48