152
05.06.2026
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə iyunun 5-də Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində növbəti təlim təşkil edilib.
Tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı “İnsan alveri və məcburi əmək qurbanlarının, o cümlədən uşaqların, əcnəbilərin və ya davam vətəndaşlığı olmayan şəxslərin müəyyənləşdirilməsi istiqamətində səylərin davam etdirilməsi”, “Respublikadaxili insan alveri və məcburi əmək qurbanlarına da xüsusi həssas yanaşılması, insanların istismarı hallarına yol verən fiziki, vəzifəli və hüquqi şəxslər barəsində müvafiq məsuliyyət tədbirlərinin görülməsi”, “İnsan alveri ilə bağlı transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması sahəsində qrupların respublikadakı mümkün əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlərin gücləndirilməsi” və “Effektiv sərhəd nəzarəti tədbirləri vasitəsilə insan alverinin müxtəlif formalarının, təqsirli və zərərçəkmiş şəxslərin müəyyən edilməsi, preventiv hazırlığın gücləndirilməsi” mövzularında çıxış edib.
İştirakçılara insan alverinin profilaktikası, onun mahiyyəti, doğurduğu təhlükələr, həyata keçirilən mübarizə fəaliyyəti, dövlət tərəfindən təmin edilən inzibati, cinayət-hüquqi, müdafiə və digər tədbirlər barədə də geniş məlumat verilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48