152
11.04.2026
Aprelin 11-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə Dövlət Miqrasiya Xidmətinin Təlim və Təhsil Mərkəzində ali təhsil müəssisələrinin tələbələri və müxtəlif sahələr üzrə fəaliyyət göstərən gənclər üçün təlim keçirilib.
"Miqrasiya məktəbi-8" layihəsi çərçivəsində "İnsan alverinə qarşı mübarizə" mövzusunda tələbə və gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişləri aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaq məqsədilə keçirilən tədbirdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları təlimçi qismində iştirak edib.
Hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər, regionşünaslıq, şərqşünaslıq, dövlət idarəçiliyi və sosiologiya sahələri üzrə ali təhsil müəssisələrinin yuxarı kurslarında təhsil alan və ali təhsilini yenicə başa vurmuş şəxslərə ölkəmizin insan alverinə qarşı mübarizə strategiyası - insan alverinə qarşı mübarizə sahəsində normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, bu sahədə profilaktiki iş, cinayət təqibi, insan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi tədbirləri barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48