152
27.02.2026
Fevralın 24-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində növbəti təlim təşkil edilib.
“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində effektiv sərhəd nəzarəti tədbirləri vasitəsilə insan alverinin müxtəlif formalarının, təqsirli və zərərçəkmiş şəxslərin müəyyən edilməsi, preventiv hazırlığın gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı “İnsan alverinə qarşı mübarizə”, “İnsan alverində gender xüsusiyyətləri”, “Milli qanunvericilik”, “İnsan alveri qurbanlarının müdafiəsi” mövzularında çıxış edib.
İştirakçılara insan alverinin profilaktikası, onun mahiyyəti, doğurduğu təhlükələr, həyata keçirilən mübarizə fəaliyyəti, dövlət tərəfindən təmin edilən inzibati, cinayət-hüquqi, müdafiə və digər tədbirlər barədə geniş məlumat verilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48