152
24.02.2026
Avropa Şurasının Bakıdakı ofisinin təşkilatçılığı ilə fevralın 19-da və 20-də “Hilton Baku” otelində hüquq mühafizə orqanları əməkdaşları üçün təlim keçirilib.
“Uşaqların onlayn cinsi istismarının və sui-istifadəsinin qarşısının alınması və belə hallarla mübarizə” mövzusunda keçirilən təlimdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı da iştirak edib.
Əsas məqsədi Avropa Şurasının müvafiq standartlarına uyğun uşaqyönümlü yanaşmanın prinsip və prosedurları, o cümlədən səmərəli araşdırma üsullarının təqdimatı olan tədbirdə iştirakçılara “Maddi və Prosessual Cinayət Hüququ”, “İstintaq və cinayət təqibi – Proaktiv üsulla müəyyən edilmiş uşaqların cinsi istismarı və cinsi zorakılığına qarşı mübarizəyə dair aparılmış istintaqlar, “Cinayət işi zamanı uşağın qurban və ya şahid kimi müdafiəsi”, “Qurumlararası əməkdaşlıq və müraciət mexanizmləri” mövzularında beynəlxalq və yerli ekspertlər tərəfindən geniş məlumat verilib.
Tədbir zamanı təcrübə mübadiləsi aparılıb və mövzular üzrə suallar təlimçilər tərəfindən ətraflı cavablandırılıb.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48