DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə təhsil müəssisələrində marifləndirmə tədbirləri keçirilib

24.09.2025

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə 17-19 sentyabr tarixlərində Ağdaş, Şəki və Zaqatala rayonlarında təhsil müəssisələrində “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda marifləndirmə tədbirləri keçirilib.

Ağdaş Dövlət Humanitar, Şəki Dövlət Regional və Zaqatala Dövlət İdarəetmə və Texnologiya kolleclərində baş tutan tədbirlərdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları iştirakçılara Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsasları, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, müdafiəsi və onlara yardım göstərilməsi, insan alverinin doğurduğu təhlükələr və bu cinayətdən qorunmaq mövzularında ətraflı məlumat veriblər.

Mövzu ətrafında müzakirələr aparılıb. Sonda iştirakçıların sualları cavablandırılıb, maarifləndirici bukletlər təqdim olunub.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48