152
18.09.2025
Sentyabrın 11-də və 12-də Fransanın Strasburq şəhərində Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə həmin təşkilatlara üzv olan dövlətlərin İnsan Alverinə qarşı Mübarizə üzrə Milli koordinatorlarının, Milli məruzəçilərinin və bunlara bərabər mexanizmlər üzrə fəaliyyət göstərən şəxslərinin növbəti görüşü keçirilib.
Tədbirin məqsədinin əlaqələrin möhkəmləndirilməsi və təcrübə mübadiləsinin aparılması olduğu vurğulanıb, həmçinin müzakirə olunan məsələlərin aktuallığı qeyd edilib.
Hibrid formatda keçirilən iclasda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi onlayn qaydada iştirak edib.
İclasda üzv dövlətlərin nümayəndələri ilə yanaşı “İnsan Alverinə qarşı Mübarizə Haqqında” Avropa Şurası Konvensiyasının Katibliyinin İcraçı Katibi P.Nesterova, ATƏT-in İnsan Alverinə qarşı Mübarizə üzrə Xüsusi Nümayəndəsi və Koordinatoru K.Johnston, Avropa Birliyinin İnsan Alverinə qarşı Mübarizə üzrə Koordinatoru D.Schmit, ATƏT-in sabiq sədri S.Mykkanen, Avropa Şurasının Nazirlər Şurasının Prezidenti F.Camilleri iştirak ediblər.
İlk gün keçirilən birinci sessiyada “İnsan alverinə qarşı mübarizəyə özəl sektorun cəlb edilməsi”, ikinci sessiyada “Milli Fəaliyyət Planlarında böhranla bağlı təminatların insan alverinə qarşı mübarizəyə təsiri”, növbəti gün keçirilən üçüncü sessiyada isə “Narkotik cinayətlərinə məcburetmə ilə insan alveri arasında keçid” mövzuları müzakirə edilib, çıxışlar dinlənilib.
Sessiyalar panel müzakirələrlə davam etdirilib.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48